Kanada İrana yeni sanksiyalar tətbiq edib

post-img

Kanadanın xarici işlər naziri Melani Coli bildirib ki, ölkəsi İran rejiminə qarşı yeni sanksiyalar tətbiq edib.

Nazir qeyd edib ki, İran İnqilab məhkəmələrinin hakimləri insan haqlarının pozulmasına görə sanksiyalara məruz qoyulub. O, sanksiyaların Kanadanın Xüsusi İqtisadi Tədbirlər Qaydalarına əsasən həyata keçirildiyini deyib.

Xatırladaq ki, Kanadanın İrana sanksiyalar tətbiq etməsi ilk dəfə deyil. Daha öncə də Kanada İrana qarşı sanksiyalar tətbiq edib.

 

Rizvan FİKRƏTOĞLU,

"Xalq qəzeti"

Dünya