Avropanın ən vacib məsələsi inflyasiya ilə mübarizədir

post-img

Beynəlxalq Valyuta Fondunun məlumatına görə, Avrozona iqtisadiyyatı Rusiyanın Ukraynaya təcavüzündən və ondan sonra baş verən ticarət qarışıqlığından bəri qeyri-adi dayanıqlılıq nümayiş etdirib. Bununla belə, Avropada iqtisadi fəallıq zəifləyib, inflyasiya tədricən azalsa da, yüksək olaraq qalır.

BVF-nin rəhbəri Kristalina Georgiyeva “Euronews”a müsahibəsində vurğulayıb ki, avrozona üçün ən təhlükəli məsələ iqtisadi artıma mənfi təsir göstərə biləcək uzunmüddətli yüksək inflyasiyanın olma­sıdır. BVF-nin son proqnozlarına görə, inf­lyasiya 2025-ci ilin ortalarına qədər nəzər­də tutulduğundan, yuxarı qalxa bilər.

Keçən il Avropa İttifaqında inflyasi­ya 10 faizi ötübsə, indi səngiyib. Avropa Mərkəzi Bankı inflyasiyanın bu il orta he­sabla 5,4 faiz olacağını və 2025-ci ilə qə­dər 2,2 faizə düşəcəyini proqnozlaşdırır. Bununla belə, bu proqnoz hələ də AMB-nin üstünlük verəcəyi 2 faizdən yüksəkdir.

Dünya