ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Twitter”də yayımladığı videoda diqqətçəkən açıqlamalar verib. Bu yaxınlarda Florida ştatında federal məhkəmədə hakim qarşısına çıxan və ümumilikdə 37 müxtəlif ittihamı rədd edən Tramp deyib, “Mən sülh istəyirəm; onlar pul və münaqişə istəyirlər. Düşmənçiliyi qızışdıranların və qlobalistlərin bitib-tükənməyən müharibələrini qəbul etmədiyim üçün pərişan olublar”.
Xadırladaq ki, 2022-ci il avqustun 8-də səhər saatlarında “məxfi sənədlər”in araşdırilması çərçivəsində Trampın Floridadakı evinə basqın edilib. Evdən, təxminən, 15 qutu sənəd ələ keçirilib.
Tramp bunu və ona qarşı aparılan araşdırmaları “siyasi oyun” adlandırıb və xüsusi olaraq Mar-a-Laqodan götürülmüş sənədlərin “müstəqil və ya xüsusi hakim” tərəfindən nəzərdən keçirilməsini istəyib. Bundan sonra Ədliyyə Nazirliyi keçmiş Baş prokuror Cek Smiti "Məxfi sənədlər" və "Konqresə 6 yanvar basqını"nın araşdırmalarına rəhbərlik etmək üçün xüsusi səlahiyyətli ekspert təyin edib.
Xatırladaq ki, Donald Tramp istintaq nəticəsində hazırlanan 49 səhifəlik iddianamədə Ağ evdəki vəzifəsindən çıxarkən özü ilə məxfi sənədlər götürməkdə və federal araşdırmalara mane olmaqda günahlandırılıb.