Çin–ABŞ: dialoq və qarşıdurma arasında

post-img

Pekin və Vaşinqton Çin–ABŞ münasibətlərinin inkişaf yolunu seçməlidir - əməkdaşlıq, yoxsa qarşıdurma? Bunu Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici məsələlər üzrə komissiyasının dəftərxana rəhbəri, Siyasi Büronun üzvü Van İ ABŞ dövlət katibi Antoni Blinkenlə görüşdə deyib.

“Birləşmiş Ştatların dövlət katibinin Pekinə səfəri Çin–ABŞ münasibətlərin­dəki böhranlı dövrə təsadüf edir. Biz di­aloq və ya qarşıdurma, əməkdaşlıq və ya münaqişə arasında seçim etməliyik”, - deyə Van İ vurğulayıb. O, həmçinin iki ölkə arasında münasibətlərin pisləşməsi prosesini dayandırmağa, “sağlam və sa­bit inkişaf yoluna” qayıtmağa çağırıb. An­toni Blinken isə “twitter” səhifəsində Van İ ilə ikitərəfli münasibətləri, ölkə daxilində və bütün dünyada insanlara təsir edən qlobal əhəmiyyətli məsələləri müzakirə etdiyini yazıb.

ABŞ dövlət katibi iyunun 18–19-da Pekində səfərdə olub. Dövlət Departa­mentinin bir qədər əvvəl təsdiqlədiyi mə­lumata görə, Antoni Blinken bu gün ÇXR-in sədri Si Cinpinlə görüşəcək.

“Xalq qəzeti”

Dünya