Rəcəb Tayyib Ərdoğanın hakim alyansı parlamentdə 323 mandata sahib olub

post-img

Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və inkişaf partiyasının da daxil olduğu Cumhur İttifaqı parlamentdə 600 yerdən 323-nə sahib olub.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə Yüksək Seçim Qurumunun (MSK) sədri Ahmet Yener bu gün parlament seçkilərinin yekun nəticəsini elan edib.

“Bütün apelyasiya şikayətlərinə baxılıb və yekun qərar qəbul edilib. Səsvermənin yekun nəticəsinə əsasən, Ədalət və inkişaf partiyası parlamentdə 268 yer, Yenidən rifah partiyası 5 yer, Milliyyətçi hərəkat partiyası 50 yer (bunlar Cumhur İttifaqına daxil olan partiyalardır – red.), Yaşıllar və sol gələcək partiyası 61 yer, Türkiyə işçi partiyası 4 yer, Cümhuriyyət xalq partiyası 169 yer, İyi partiya isə 43 yer qazanıb”, - deyə Ahmet Yener bildirib. MSK-nın məlumatına görə, parlament seçkilərində seçicilərin ümumilikdə 87,5 faizi iştirak edib.

Dünya