Ukrayna Qərbdən 60-a yaxın “Leopard” alıb

post-img

Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib ki, Ukrayna Silahlı Qüvvələri Qərbdən 60-a yaxın “Leopard” tankı alıb.

Qeyd olunub ki, Almaniya istehsalı olan “Leopard” tanklarının tədarükü üçün koalisiyaya Almaniya, Polşa, Niderland, İsveç, Portuqaliya, İspaniya və Kanada daxildir.

Ukraynanın müdafiə naziri onu da bildirib ki, Ukrayna ordusunda “Leopard” tankından ibarət iki batalyon formalaşdırılıb.

Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”

Dünya