Bu gün Azərbaycanın iki taekvondoçusu mübarizəyə başlayır

post-img

Bu gün taekvondo üzrə Azərbaycan milli komandasının daha iki üzvü Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Qeyd edək ki, 58 kiloqram çəki dərəcəsində taekvondoçumuz Qaşım Maqomedov otu ikidə bir final mərhələsində Kay Çenq (Çin) – Denis Bllaca (Kosovo) cütlüyünün qalibi ilə üz-üzə gələcək.

Qadınların yarışında isə 67 kiloqram çəki dərəcəsində Fəridə Əzizova on altıda bir finalda Kristina Teaçot (ABŞ) - Justina Koşalkovska (Polşa) cütlüyünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, dünən həmyerlimiz Cavad Ağayev (68 kq) medal qazana bilməyib. Turnir iyunun 4-də başa çatacaq.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"



İdman