Fransanın sabiq prezidenti Nikola Sarkozinin azadlığı 3 il müddətinə məhdudlaşdırılıb.
Korrupsiya və nüfuz alverinə görə təqib edilən Nikola Sarkozi “telefonların dinlənilməsi” ilə bağlı açılan cinayət işində təqsirli bilinib. O, həbs cəzasını evindən çıxmamaq şərtilə, elektron qolbaqla təchiz olunmaqla başa vurmalı olacaq.
Özünü təqsirli bilməyən 68 yaşlı sabiq prezident Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verəcəyini bildirib.
Qeyd edək ki, Fransa tarixində Nikola Sarkozi həbs cəzasına məhkum edilmiş ilk dövlət başçısıdır.
Rizvan FİKRƏTOĞU,
“Xalq qəzeti”