Türkiyədə parlament seçkiləri: partiyalar neçə yer qazana bilib?

post-img

14 may seçkilərinin nəticələrinə görə, Türkiyə Böyük Millət Məclisində (TBMM) Cümhur İttifaqı daha çox yer qazanaraq qalib olub. Belə ki, seçicilərin 49,35 faizi Cümhur İttifaqına səs verib. Cümhur İttifaqı Böyük Millət Məclisində 322 yer qazanıb.

Beləliklə, Ədalət və İnkişaf Partiyası (AK Parti) 266, Milliyyətçi Hərəkat Partiyası (MHP) 51, Yenidən Rifah Partiyası (YRP) 5 millət vəkili ilə yer alacaq.

35,18 faiz səs toplayan Millət İttifaqının məclisdəki yeri 212 olub.

Türkiyə Böyük Millət Məclisində Cümhuriyyət Xalq Partiyası (CXP) 168, İYİ Partiya isə 44 millət vəkili ilə yer alacaq.

Seçkiyə CXP siyahılarından daxil olan Səadət Partiyası 10, Deva Partiyası 13, Gələcək Partiyası 10, Demokrat Partiyası isə 3 yer qazanıb. Yaşıl Sol Partiyasını (YSP) parlamentdə 62, Türkiyə İşçi Partiyasını (TİP) 4 millət vəkili təmsil edəcək.

Anar TURAN,
“Xalq qəzeti”

Dünya