Borrell: Aİ xarici işlər nazirləri postsovet ölkələrinin natamam suverenliyi ilə bağlı Çin səfirinin sözlərini müzakirə edəcəklər

post-img

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell bildirib ki, ittifaqın xarici işlər nazirləri aprelin 24-də Lüksemburqda keçiriləcək görüşdə Çinin Fransadakı səfiri Lu Şaenin postsovet ölkələrinin natamam suverenliyi ilə bağlı bəyanatını müzakirə edəcəklər. Bu barədə TASS məlumat yayıb.

“Çin səfirinin əvvəllər Sovet İttifaqının tərkibində olan dövlətlərin suverenliyi və mövcudluğu ilə bağlı bəyanatını Çin problemi çərçivəsində müzakirə edəcəyik”, -deyə Borrell bildirib.

Dünya