Fransanın cənubundakı bir restoranın reytinqi Makronun səfərindən sonra aşağı düşüb

post-img

France Bleu: Fransanın cənubundakı bir restoranın reytinqi Makronun sürpriz səfərindən sonra aşağı düşüb.

Fransanın cənubundakı Perol şəhərində yerləşən Peña Pil Pil restoranının prezident Emmanuel Markonun qəfil səfərindən sonra reytinqi aşağı düşüb. Bu barədə France Bleu məlumat yayıb.

Nəşrin məlumatına görə, aprelin 20-də Fransa dövlətinin başçısı ölkənin cənubundakı Eroda olub və terrasda pivə içmək üçün göstərilən restoranda dayanıb. Bundan sonra restoranın bir neçə saat ərzində Google-dakı reytinqi 5 baldan 1,6-ya düşüb və çox sayda mənfi rəylərlə üzləşib.

Bundan əvvəl məlum olmuşdu ki, seçkidən bir il sonra keçmiş prezidentliyə namizəd Marin Le Pen Makrondan daha populyar olub. Le Penə qadınlar daha çox üstünlük verir: Sorğuda iştirak edən fransız qadınlarının 52 faizi onu Marin Le Peni lider seçib.

S.ELAY,

"Xalq qəzeti"

Dünya