1060 avstraliyalı məhbusun qalıqları Filippin sahillərində tapılıb

post-img

1060 avstraliyalı məhbusu daşıyan qayıq İkinci Dünya Müharibəsində ABŞ tərəfindən batırılmış Filippin sahillərində tapılıb.

Filippin sahillərində İkinci Dünya Müharibəsindən qalma Yaponiyanın Montevideo Maru gəmisi tapılıb. Axtarışda iştirak edən "Silentworld Foundation" bildirib ki, gəmi göyərtəsində 1060 məhbus, o cümlədən 900-ə yaxın Avstraliya əsgəri və 14 ölkədən mülki vətəndaş olmaqla ABŞ tərəfindən batırılıb. Gəminin tapılmasını Avstraliyanın baş naziri Entoni Albanese Twitter-də təsdiqləyib.

Montevideo Maru 1 iyul 1942-ci ildə Amerika sualtı qayığı tərəfindən batırılıb. Bu faciə Avstraliya tarixində ən böyük dəniz fəlakəti hesab olunur. Gəmi Filippin sahillərində 4 min metrdən çox dərinlikdə tapılıb. Təşkilatın press-relizinə əsasən, "Silentworld Foundation"na axtarışı hazırlamaq üçün təxminən beş il vaxt sərf olunub. Axtarışa dənizin dərinliklərində tədqiqatlar üzrə ixtisaslaşmış Hollandiyanın “Fugro” şirkəti, həmçinin Avstraliya Müdafiə Nazirliyi kömək edib.

Axtarışlar aprelin 6-da Filippinin Luzon adasından 110 km şimal-qərbdə Cənubi Çin dənizində başlayıb. Aprelin 18-də gəminin qalıqlarının yeri qeydə alınıb, bu, digər əşyalarla yanaşı, quraşdırılmış sonarlı avtonom sualtı nəqliyyat vasitəsinin köməyi ilə də təsdiqlənib. Dəniz arxeoloqları, bərpaçılar, əməliyyat və tədqiqat mütəxəssisləri və keçmiş dəniz zabitlərinin daxil olduğu aştarış qrupu tərəfindən ekspert analizi ilə qalıqların yoxlanılması bir neçə gün çəkib.

S.ELAY,

"Xalq qəzeti"

Dünya