İtaliya miqrant axınının kəskin artması ilə əlaqədar fövqəladə vəziyyət elan edib

post-img

İtaliya hökuməti Aralıq dənizi marşrutları ilə miqrant axınının kəskin artması ilə əlaqədar ölkə daxilində fövqəladə vəziyyət rejimini təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, hökumət mülki müdafiə və dəniz siyasəti naziri Nello Musumeçinin təklifi ilə bu qərarı qəbul edib.

Fövqəladə vəziyyət rejimi 6 ay davam edəcək və bütün ölkə ərazisində etibarlı olacaq. Bu məqsədlə ilkin olaraq 5 milyon avroluq vəsait ayrılıb.

Qeyd edək ki, ötən həftə sonundan indiyədək İtaliya ərazisinə 3 mindən çox mühacir gəlib. İtaliya son dövrlərdə Şimali Afrikadan Avropaya qeyri-qanuni miqrasiya yollarından birinə çevrilib.



Dünya