Mart ayında Türkiyə müdafiə sənayesinin ixracı yarım milyard dolları ötüb

post-img

Türkiyənin müdafiə və aviasiya sənayesi şirkətləri cari ilin mart ayında 506.2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Xalq qəzeti” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisi (TİM) məlumat yayıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə (2022-ci il mart – 326.9 milyon) 2023-cü ilin mart atında ixrac olunan məhsulların dəyəri artıb.

Qeyd edək ki, 2023 il üçün ixracat hədəfi 6 milyard dollar olaraq müəyyənləşdirilən Türkiyə müdafiə sənayesinin cari ilin ilk rübündəki ixracı artıq 1 milyard ABŞ dollarını ötüb.

Rizvan FİKRƏTOĞLU,

“Xalq qəzeti”

Dünya