Tacikistanda 7,3 bal gücündə zəlzələ olub

post-img

Tacikistanın Çin ilə sərhədinin yaxınlığında 7,3 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Seysmologiya Mərkəzi məlumat yayıb. Çin vaxtı ilə səhər saat 8:37-də (Bakı vaxtı ilə 4:37) qeydə alınan yeraltı təkanlar Çinin Sincan Uyğur muxtar rayonunda da hiss olunub. Zəlzələnin episentri Tacikistan-Çin sərhədindən 82 kilometr aralıda olub.

Hələlik dağıntı və insan tələfatı barədə məlumat yoxdur.

Qeyd edək ki, fevralın 22-də Sincan Uyğur muxtar rayonunun Ağsu prefekturasında 4,6 bal gücündə zəlzələ baş verib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Dünya