Dəyişməyən erməni xisləti

post-img

Ermənistandan olan xilasedicilər niyə həbs olundu? 

Türkiyənin Milli İstihbarat Təşkilatı zəlzələ bölgəsi olan Adıyaman şəhərində zəlzələ nəticəsində dağılmış evlərdən qarət və oğurluq etdiklərinə görə iki ermənini saxlayıb. Saxlanılan Arsen Qazaryan və Vahan Sürmalyana Hatay vilayəti prokurorluğu talan maddəsi ilə cinayət işi açıb və həbs olunublar.

Türkiyədə yaşayan həmyerlimiz Bilkent Universitetinin Nanotexnologiya Araşdırma Mərkəzinin (NANOTAM) baş məsləhətçisi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun Rəyasət və İdarə heyətlərinin üzvü, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, professor Əmirulla Məmmədov bu barədə redaksiyamıza məlumat verib. Anadolu Ajansına (Türkiyə) istinadən məlumat verən professor bildirib ki, dəyişməyən erməni xisləti faciənin yaşandığı ağır günlərdə də özünü bir daha təsdiqləyib. Əyinlərinə xilasedici jilet geyib və bu missiya ilə də zəlzələ qurbanlarına dırnaqarası köməyə gələn ermənilər ağır günlərdə də  öz çirkin dədə-baba niyyətlərindən əl çəkə bilməyiblər. Onların  hər ikisi Ermənistandan olan xilasedici qrupun nümayəndələridir. Axtarış zamanı onlarda zəlzələ zamanı ölən və dağıntılar altında qalmış Türkiyə vətəndaşlarının sənədləri, şəxsi əşyaları və qızıl-zinət əşyaları aşkar edilib.  

Professor qeyd edib ki, xəbəri İstanbulda yaşayan erməni yazarlar tərəfindən yaradılmış və Türkiyə erməniləri üçün nəzərdə tutulmuş həftəlik  “Aqos” qəzeti də yayıb. 

 “Xalq qəzeti”

 

Dünya