Daha bir qazinin müalicə xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb

post-img

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ağır yaralanan qazimiz Elşən Dilavər oğlu Mustafayevin müalicə xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb, həmçinin məişət şəraiti yaxşılaşdırılıb.

Fondun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.

Sosial həyat