Deputata qarşı törədilən terror aktını Azərbaycan dövlətçiliyinə qarşı qəsd kimi dəyərləndiririk

post-img

Bildiyimiz kimi, martın 28-də gecə saatlarında Milli Məclisin deputatı, parlamentin mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafaya qarşı terror cinayəti törədilib. Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və kompleks təxirəsalınmaz axtarış əməliyyat tədbirləri keçirilməkdədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin martın 30-da keçirilən iclasında parlament sədrinin birinci müavini, komitə sədri Əli Hüseynli deyib.

“Əminik ki, cinayətkarlar öz layiqli cəzalarını alacaqlar. Hüquq siyasəti və dövlət quruculuğu komitəsi olaraq bu terror hadisəsini qətiyyətlə pisləyirik. Bu terror aktını hüquqi, demokratik və dünyəvi idarəetmə modelinin unikal vəhdətini tapmış Azərbaycan dövlətçiliyinə qarşı qəsd kimi dəyərləndiririk”, - deyə Əli Hüseynli qeyd edib.

Siyasət