Talış kəndi istiqamətində qazanılan uğurlar müharibənin gələcək gedişatı üçün çox böyük önəm daşıyıb

post-img

İkinci Qarabağ müharibəsi başlayandan bir həftə sonra biz qan tökərək Talış kəndini, Suqovuşan qəsəbəsini azad etdik. O hərbi əməliyyatın çox böyük əhəmiyyəti var idi.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində xalqa müraciətində bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, bu istiqamətdə əldə edilmiş uğurlar müharibənin gələcək gedişatı üçün çox böyük önəm daşıyırdı, eyni zamanda, ordumuzun və xalqımızın mənəvi ruhunu yüksəldirdi. Çünki Talış kəndinin strateji əhəmiyyəti hər kəsə bəlli idi.

Siyasət