A.N.Mollazadənin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

post-img

Azərbaycan Respublikası Konsti­tusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ic­timai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Asim Nazim oğlu Mollazadə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyun 2023-cü il

Sərəncamlar