Türkiyə Prezidenti: Türk dünyasının tək ürək olduğunu bir daha göstərəcəyik

post-img

Türk dünyasının tək ürək, tək vücud olduğunu ən yüksək səviyyədə bir daha göstərəcəyik.

AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə görüşünün açılışında söyləyib.

“Türk Dövlətləri Təşkilatı olaraq enerji təhlükəsizliyinin təmin edilməsində, eləcə də regional nəqliyyat və təchizat zəncirlərinin inkişafında strateji rol oynayacağıq”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Qeyd edək ki, TDT-nin Fövqəladə Zirvə görüşü Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilir. “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşündə Türkiyədə baş vermiş zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlər müzakirə edilir.

Rəsmi xronika

About Us

The argument in favor of using filler text goes something like this: If you use arey real content in the Consulting Process anytime you reachtent.

Instagram