Azərbaycan və Türkmənistan bir çox sahələrdə geniş əməkdaşlıq imkanlarına malikdir

post-img

Azərbaycanla Türkmənistan arasında mövcud olan çox sıx siyasi əlaqələr möhkəm təməllər üzərində qurulub. Ölkələrimiz enerji, pambıqçılıq, nəqliyyat, investisiyalar və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlara malikdir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşündə deyib.

Azərbaycanın öz nəqliyyat-tranzit potensialını artırdığını bildirən dövlətimizin başçısı əlavə edib ki, bu, gələcəkdə Türkmənistan mallarının da ölkəmizin ərazisindən daşınması üçün əlavə imkanlar yaradır.





Rəsmi xronika