Prezident: Azərbaycan qadınları keçmişimizin taleyüklü anlarında vəzifələrinin öhdəsindən layiqincə gəliblər

post-img

Xalqımız çoxəsrlik tarixinin bütün dövrlərində qadını ülviyyətin təcəssümü sayıb və ona hər zaman dərin ehtiram göstərib.

AZƏRTAC xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrikində yer alıb.

Azərbaycan qadınlarının keçmişimizin taleyüklü, həlledici anlarında vəzifələrinin öhdəsindən daim layiqincə gəldiklərini vurğulayan dövlətimizin başçısı qeyd edib ki, bəşər mədəniyyəti xəzinəsinə töhfəmiz olan milli-mənəvi dəyərlərimizin bir bütöv halında qorunub saxlanılmasında onların misilsiz xidmətləri var.

Rəsmi xronika