Azərbaycan Prezidenti: BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil

post-img

BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil.

AZƏRTAC xəbər verir ki, bu sözləri martın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında deyib.

Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə günün içində icra olunduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Azərbaycana gəldikdə isə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmamışdır”.

Rəsmi xronika