Tələblərin qeydiyyatına artıq başlanıldı!

post-img

Məlumat üçün bildiririk ki, ləğv prose­sində olan “Günay Bank” ASC-nin kredi­torlarının tələblərinin qeydiyyatına artıq başlanıldı. 

Bildiyiniz kimi, Əmanətlərin Sığor­talanması Fondu ləğv prosesində olan “Günay Bank” ASC-nin ləğvedicisi olaraq ötən gün kütləvi informasiya vasitələrində kreditor tələblərinin qeydiyyata alınma­sı ilə bağlı bildiriş yayımlamışdır. Sözü­gedən bildirişə əsasən, tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları 18 iyul 2023-cü il tarixədək Bankın Baş ofisinə müraciət edərək təqdim etməlidirlər:

                        kreditorun adı və ünvanı;

                        tələbin əsas məbləğinə daxil edilən fa­izlərin və digər haqların məbləğləri;

                        tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

 

Ləğv prosesində olan “Günay Bank” ASC-nin Baş ofisi

Ünvan: Bakı şəhəri, Nərimanov rayo­nu, Aşıq Alı küçəsi 45

Əlaqə: (+994) 941

Reklam və elan