Azərbaycan şirkəti zirehli transportyorlar istehsal edəcək

post-img

Azərbaycanın “Improtex Industries” şirkəti ilk mərhələdə ITX SII 450 layihəsi əsasında 100 ədəd xüsusi təyinatlı zirehli personal daşıyıcıları istehsalını planlaşdırıb.

4×4 təkər formullu zirehli maşın “Allison 3200” transmissiyasına, elektron idarəetmə panelinə, silah sistemlərinin elektron idarə edilməsi funksiyasına sahib olacaq.

Maşının mina partlayışlarına qarşı qoruması NATO-nun STANAG 4569 (STANAG 4569 IV qədər artırıla bilər) zireh səviyyəsinə uyğun hesablanıb.

Silah və ekipaj ilə birlikdə tam kütləsi 19500 kiloqram olacaq ITX SII 450 zirehli maşınının maksimum sürəti 108 km/saat təşkil edəcək.

Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”

Ordu