Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 142 Bakı şəhəri, 3 may 2023-cü il

Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublika­sının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilməsi barədə 

Azərbaycan Respublikası Konsti­tusiyasının 119-cu maddəsinin səkki­zinci abzasını rəhbər tutaraq, Azərbay­can Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr ta­rixli 256 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplu­su, 2021, № 9, maddə 1056; 2022, № 3, maddə 268, № 5, maddə 542; 2023, № 1, maddə 140) ilə təsdiq edilmiş 1 nömrəli əlavə – “Azərbaycan Respub­likasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi əra­zilərin siyahısı”na aşağıdakı məzmunda 13-3-cü hissə əlavə edilsin: 

“13-3. Laçın dövlət sərhədindən buraxılış məntəqəsi – Laçın rayonu (Malxələf kəndinin yaxınlığı), Azərbay­can Respublikası ilə Ermənistan Res­publikası arasında.”.

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları