Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Kino Forumu təşkil olunacaq

post-img

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində aprelin 20-21-də “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusuna həsr olunmuş kino forumu keçiriləcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Forum Heydər Əliyev Mərkəzində baş tutacaq.

Forumda iştirak üçün nazirliyin rəsmi internet resursu olan “culture.gov.az” saytında yerləşdirilən onlayn forum üzrə qeydiyyatdan keçmək mümkündür. Onlayn qeydiyyat aprelin 3-dək davam edəcək.

Tədbirdə iştirakla bağlı təsdiq e-poçt vasitəsilə bildiriləcək.

Mədəniyyət