İlk ekransız noutbuk

post-img

İsrail şirkəti dünyanın ilk ekransız noutbukunu təqdim edib. Belə ki, “Spacetop” adlanan cihazın ekranını yalnız noutbukun sahibi görə bilir. Xəbəri “cnn.com” saytı verib. 

Təl-Əvivdə yerləşən “Sightful” şirkətinin hazırladığı Android əsaslı “Spacetop”un ek­ranı yoxdur və istifadəçi xüsusi hazırlanmış eynəkləri taxdıqda ekran görünür. Cihazın alt hissəsi klassik noutbuklardan fərqlənmir. O, sensor panel, klaviatura, barmaq izi skaneri və portlarla təchiz edilmiş plastik korpusa ma­likdir. 

“Spacetop”un iş prinsipi sadədir. İstifadəçi noutbuku yandırır və eynəkləri taxır. Bundan sonra gözlərinin qarşısında 100 düymlük vir­tual ekran görünür. Eynəklər kabel vasitəsilə daimi olaraq noutbuka qoşulur. 

“Spacetop”-un ən böyük üstünlüyü isti­fadəçinin nə etdiyini ondan başqa heç kimin görə bilməməsidir. 

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

İKT