Süni ağıl işimizi əlimizdən alır?!..

post-img

Goldman Sachs investisiya bankının hesabatına görə, süni ağıl (AI) 300 milyon iş yerini əvəz edə bilər.

Süni ağıl həmçinin ABŞ və Avropada iş yerlərinin dörddə birinin yox olmasına  səbəb ola bilər.

Bildirilir ki, süni intellektin təsirinə məruz qalacaq iş yerlərinin 46 faizi inzibati, 44 faizi hüquqi, 6 faizi tikinti, 4 faizi isə texniki xidmət və təmir sektorundadır.

Məhsuldar süni intellekt sayəsində nə qədər peşənin yox olacağını bilmək isə çox  çətindir.

Qeyd edək ki, bu yeni texnologiyaların gəlişi nəticəsində rəssamlıq, dizaynerlik və digər peşələrlə yanaşı  jurnalist peşəsinin də yavaş-yavaş sıradan çıxma təhlükəsi gözlənilir.


Fidan Salmanova,

“Xalq qəzeti”

İKT