Bu günə olan hava məlumatı

post-img

Mayın 4-də 

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üs­tünlük təşkil edəcək. Gecə və axşam əsasən şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, axşam cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 10-14° , gün­düz 15-20° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət 70-80 faiz olacaq. 

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 4-9°, gündüz 18-23° isti olacaq. 

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daş­kəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar ya­ğacağı ehtimalı var. Günün ikinci yarısında tədricən kəsiləcək. Mülayim şərq küləyi əsəcək. Gecə 0-5°, gündüz 5-10°, bəzi yerlərdə 13° isti olacaq. 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngi­lan rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şim­şək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Günün ikinci yarısında tədricən kəsiləcək. Bəzi yerlərdə duman ola­caq. Şərq küləyi əsəcək. Gecə 0-5° isti, dağlıq ərazilərdə 3°-dək şaxta, gündüz 5-10° bəzi yerlərdə 14° isti olacaq. 

Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtima­lı var. Gündüz tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 5-10°, gündüz 17-22° isti olacaq. 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Mingəçevir, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşə­cəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 4-9°, gündüz 14-18° isti, dağ­larda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacaq. 

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bey­ləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Sal­yan, Neftçala rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlə­nilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağıntıların təd­ricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 5-10°, gündüz 17-21° isti olacaq. 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Cəlilabad rayon­larında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşə­cəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədri­cən kəsiləcək Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 10-13°, gündüz 16-20°, dağlarda gecə 0-4°, gündüz 5-10° isti olacaq. 

 

Ekologiya