“Whatsapp”da redaktə...

post-img

“Whatsapp” mesajlaşmada “redaktə funksiyası” nı təqdim edir. 

Belə ki, istifadəçilər proq­ram vasitəsilə mesaj gön­dərdikdən sonra mətndə 15 dəqiqəyə qədər düzəliş etmək imkanı əldə edəcəklər. Bu barədə “Meta şirkəti” xəbər yayıb. Məlumatda bildirilir ki, mətni düzəltmək üçün göndə­rilən mesajı basıb saxlamaq və “redaktə et” funksiyasını seçmək lazımdır. 

Düzəlişlərdən sonra isə ek­randa “redaktə edilmiş” yazısı göstəriləcək. Mesajı düzəldil­miş variantda qarşı tərəfə gön­dərə biləcəksiniz.

Lakin mesajı alanlar redak­tə tarixçəsini görə bilməyəcək­lər.

 

Fidan SALMANOVA, “Xalq qəzeti”

Dünya