Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Turizm və Menecment Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib.
Təlimin məqsədi müəllim və tələbələrin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, təhsil müəssisələrində baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.
Dərsdə FHN-in Bakı Regional Mərkəzi, Dövlət Yanğın Nəzarəti, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin əməkdaşları iştirak ediblər.
Çıxış edənlər mövzunun aktuallığından, fövqəladə halların qarşısının alınmasından və nəticələrinin aradan qaldırılması üzrə fəaliyyətlərin təkmilləşdirilməsindən söz açıblar.
Mərkəzin əməkdaşları mülki müdafiənin əsas prinsipləri, fövqəladə hallar və bununla bağlı davranış qaydaları barədə tədbir iştirakçılarına məlumat verib, mövzuya aid fotoslaydlar və videoçarxlar nümayiş etdiriblər.
Z.HÜSEYNOVA
XQ



