“Rəqəmsal məktəb” platformasının (https://reqemsal.edu.az/) “Şagird” fərdi kabineti məktəblilərin təhsil prosesində daha səmərəli iştirakını təmin edir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən XQ-yə bildirilib ki, bu kabinet vasitəsilə şagirdlər gündəlik dərs cədvəli, dərsliklər, dərs mövzuları, mövzuların izahı, ev tapşırıqları və onların izahı, eləcə də test nümunələri ilə tanış ola bilirlər.
“Şagird” fərdi kabinetindən istifadə etmək üçün uşaqlar təqdim olunan istifadəçi adı (UTİS kodu) və valideynin təyin etdiyi şifrə ilə platformaya daxil olaraq şəxsi kabinet üzərindən məlumatlara çıxış əldə edirlər.
Qeyd edək ki, “Şagird” fərdi kabinetindən istifadə məktəblilərin öz təhsil nəticələrinə nəzarətini gücləndirir, tədris resurslarına əlçatanlığını təmin edir, rəqəmsal bacarıqların inkişafına müsbət təsir göstərir.

