HALS dilçi qrupu Azərbaycan Evində

post-img

Finlandiyanın Helsinki Universitetinin HALS (Helsinki Area & Language Studies) dilçi tədqiqat qrupu Helsinki Azərbaycan Evini ziyarət edib.

Görüş zamanı qonaqlar Azərbaycan Evinin fəaliyyəti, əsas istiqamətləri və həyata keçirilən layihələrlə yaxından tanış olublar.

Qurumdan verilən məlumata görə, tədbir çərçivəsində onlara Azərbaycanın tarixi, zəngin mədəni irsi, multikultural dəyərləri və diaspor fəaliyyəti haqqında ətraflı məlumat verilib. Qonaqlar Azərbaycan diasporunun Skandinaviya ölkələrində həyata keçirdiyi təşəbbüslər və mədəniyyətin təbliği sahəsindəki fəaliyyətlərlə də maraqlanıblar.Görüş zamanı HALS dilçi tədqiqat qrupunun üzvlərinin yaxın zamanda Azərbaycana səfər edəcəyi və  bir sıra görüşlər keçirəcəyi bildirilib.

Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarova ziyarətə görə tədqiqat qrupuna təşəkkürünü bildirib. Qeyd edib ki, qonaqların Azərbaycanda olduqları müddətdə hər hansı informasiya və təşkilati köməyə ehtiyac yaranarsa, Helsinki Azərbaycan Evi tam şəkildə dəstək göstərməyə hazırdır.

Qeyd edək ki, bu cür qarşılıqlı görüşlər iki ölkə arasında akademik və mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Mustafa Kamal
XQ

Təhsil