Azərbaycan Turizm və Menecment Universitetində beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə tədbir keçirilib.
Toplantıda Kipr Aydın Universitetinin beynəlxalq əlaqələr direktoru, dosent dr. Tuğrul Günay və İstanbul Aydın Universitetinin Azərbaycan üzrə nümayəndəsi Vüsalə Hümbətli iştirak ediblər.
Universitetin rektoru İlham Mədətov görüşdən məmnunluğunu bildirib və universitetlərarası əməkdaşlıq əlaqələrinin faydalı olacağına inandığını deyib. ATMU-nun strateji hədəfləri sırasında beynəlxalq tərəfdaşlıqların qurulması və genişləndirilməsini mühüm amil kimi dəyərləndirib.
ATMU-nun strateji inkişaf üzrə prorektoru Araz Aslanlı isə ali təhsi müəssisəsinin beynəlxalq əlaqələr çərçivəsində həyata keçirdiyi layihələrdən, tərəfdaşlıq və əməkdaşlıq planlarından detallı bəhs edib.
Qeyd edək ki, görüş zamanı universitetlərarası əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqat və təhsil proqramlarının icrası üzrə fikir mübadiləsi aparılıb.
Z.Hüseynova
XQ