SOCAR-ın Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub

post-img

SOCAR-ın Bakı Ali Neft Məktəbinə (BANM) qəbul planı 100 faiz dolub.

BANM-dən bildirilib ki, Azərbaycan ali təhsil müəssisələri arasında ən yüksək keçid balı BANM-ın İnformasiya təhlükəsizliyi ixtisasında olub (687.1 bal).

Ölkədə ən yüksək orta keçid balı da (645 bal) ali məktəbə aiddir.

Beynəlxalq və respublika fənn olimpiadaların 16 qalibi BANM-ə müsabiqədənkənar qəbul olub.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, 2024-cü ilin qəbul nəticələri ali məktəbin yüksək təhsil standartlarını və tələbələrin böyük marağını əks etdirir, elmi və akademik üstünlüyünü göstərir: “BANM öz mükəmməl tədris proqramları və yüksəkkeyfiyyətli təhsil imkanları ilə tanınaraq gələcəkdə də Azərbaycanda ali təhsil sahəsində öncül mövqeyini qoruyacaq”.

Təhsil