Məzun olan Şəhid övladlarının son zəngi

post-img

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrindən məzun olan Şəhid övladları və onların ailə üzvləri  Son zəng münasibətilə təbrik edilib, hədiyyələr təqdim olunub.

Şəhid  Araz Məmmədovun övladı, Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin məzunu Əli Məmmədov, Şəhid  Asəf Maşıyevin övladı, Gəncə şəhər 28 nömrəli tam orta məktəbin məzunu  Fatimə Maşıyeva, Şəhid Rəşad Aslanovun övladı, Goranboy rayon Qarqucaq kənd N.Nəcəfov adına tam orta məktəbin məzunu Fərid Aslanov və Şəhid  Elvin Quliyevin qardaşı Daşkəsən rayon Mollahəsənli kənd tam orta məktəbin məzunu İsmayıl Qənbərov bugün məzun olur. 

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri







Təhsil