Yüksək Texnologiyalar Parkı “Coders Azerbaijan” MMC ilə əməkdaşlığa başlayır

post-img

Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı ilə “Coders Azerbaijan” MMC arasında birgə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Sənədi Yüksək Texnologiyalar Parkının baş direktoru Vasif Abbasov və “Coders Azerbaijan” MMC-nin həmtəsisçisi və idarə heyətinin üzvü Seymur Həmidov  imzalayıblar.

Memorandumun məqsədi gənc kadrların müasir dövrün tələblərini yüksək səviyyədə qarşılayacaq şəkildə yetişməsinə və peşəkar mütəxəssislər kimi uğurlu karyera qurmasına dəstək olmaqdır. 

Qeyd edək ki, 2015-ci ildən fəaliyyət göstərən “Coders Azerbaijan” rəqəmsal texnologiyalar sahəsində intensiv tədris fəaliyyəti göstərən təhsil mərkəzidir.

Təhsil