ATMU tələbələri məlumat sessiyasında

post-img

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU)  Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə “Baku Marriott Boulevard” hotelin struktur rəhbərlərinin təqdimatında  məlumat- sessiyası olub.

Tədbirdə hotelin Baş meneceri Elşən Qurbanəliyev, İnsan resursları üzrə meneceri Əzizə Əsgərova və koordinator Fidan Məmmədova qurumun infrastrukturundakı əhəmiyyətli yeniliklərdən, o cümlədən prioritet məsələlərdən ətraflı bəhs ediblər. İşə qəbul mərhələsində tələbə- namizədlərdən tələb olunan başlıca keyfiyyət amilinə peşəkar münasibət sərgiləyən qurum təmsilçiləri Qafqazın ən böyük hoteli– “Baku Marriott Boulevard”ın  qonaqpərvərlik sənayesində strateji oyunçu statusunu hədəfləmək iddiasında qərarlı olduğunu bildiriblər.

Tələbələrin iştirakını şərtləndirən məlumat sessiyası fikir mübadiləsi ilə yekunlaşıb.

Z.HÜSEYNOVA
XQ





Təhsil