Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2023/2024-cü tədris ilinin yaz semestrinin əvvəlində Elm və innovasiya və Tədris metodiki şöbənin əməkdaşları tərəfindən təşkil olunan “Elmi-dqiqat işinin planlaşdırılması və təşkili”, həmçinin “Tədris işinin planlaşdırılması və təşkili” mövzularına həsr edilən silsilə təlimlərə yekun vurulub.
Təlimlərin keçirilməsində başlıca məqsəd universitetdə elmi-tədqiqat və tədris işinin təşkili prosesində əməkdaşların bilik, bacarıq və səriştələrinin artırılması və müvafiq sahələr çərçivəsində keyfiyyət dinamikasının yüksəldilməsinə nail olunmasıdır.
ATMU-nun mətbuat xidmətindən bildiriblər ki, “Elmi-dqiqat işinin planlaşdırılması və təşkili”, həmçinin “Tədris işinin planlaşdırılması və təşkili” mövzularına həsr edilən təlimlərin sonunda təlimçilər, habelə tam kursu uğurla başa vuran iştirakçılar sertifikatlarla təltif olunublar.
Z.HÜSEYNOVA