Bakıda 5-7 il müddətində 10 yeni metro stansiyası tikilə bilər

post-img

Bakı metrosunun davamlı inkişafı məqsədilə müvafiq tikinti planı hazırlanıb və “Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurası tərəfdən təsdiq edilib.

Bunu Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov "Bakı Metropoliteni” QSC-nin yaranmasının 10 ilinə həsr olunmuş “Dəyişməyən dəyərlər, dəyişən imkanlar” adlanan konfransda bildirib.

O bildirib ki, tikinti planında minimum ssenari üzrə Bakıda 5-7 il müddətində 10 yeni metro stansiyasının tikintisi layihəsinə üstünlük verilib.

"2022-ci ildən metroda tikinti və yenidənqurma işlərinə, yeni vaqonların alınmasına 194,6 milyon manat vəsait ayrılıb", - deyə Ruslan Əlixanov bildirib

 

İqtisadiyyat