Nazir: Xaricdə təhsil alan gənclərin sayında artım var

post-img

2022-2023-cü illər üzrə 336 nəfər, 2022-2024-cü illər üzrə isə 717 nəfər Xaricdə Təhsil üzrə Dövlət Proqramına qəbul olunub. Qəbul olunanların 393 nəfəri Böyük Britaniya, 84 nəfəri Türkiyə, 73 nəfəri ABŞ, 43 nəfəri Almaniya, 124 nəfəri isə digər ölkələrdə təhsil almağı seçib.

Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışında dedi.

Nazir statistikaya diqqət çəkərək qeyd etdi ki, gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramına qəbul olunanların sayı artıb.

Emin Əmrullayev onu da bildirdi ki, 2019-2023-cü illərdə 1004 nəfər beynəlxalq ikili diplom proqramlarına qəbul olub. Onlardan 77 nəfəri artıq məzundur. Xaricdə doktorantura təhsili üzrə 24 ölkənin 99 universitetində 7 prioritet ixtisas üzrə 252 tələbə təhsil alıb.

Rizvan FİKRƏTOĞLU
XQ



Təhsil