Nazir: Ali təhsil müəssisələrinə tələbə qəbulu 40 faizdən çox artıb

post-img

2026-2027-ci tədris ilində ali məktəblərə 75 min tələbənin qəbulu nəzərdə tutulub. Son 10 ildə ali təhsil müəssisələrinə tələbə qəbulu 40 faizdən çox artıb.

Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışında dedi.

Nazir xatırlatdı ki, bu il 58 minə yaxın abituriyent universitetlərə qəbul olunub. Onun sözlərinə görə, müasir peşə məktəblərinə qəbul olmaq istəyənlərin də sayı çoxdur.

“2018-2023-cü illərdə şagirdlərimiz beynəlxalq fənn olimpiadalarında 21 qızıl, 82 gümüş, 183 bürünc medal qazanıblar”, - deyə Emin Əmrullayev fikirlərinə yekun vurub.

Rizvan FİKRƏTOĞLU
XQ

Təhsil