2026-cı ilədək 1500 məktəbin fiberoptik şəbəkəyə qoşulması planlaşdırılır. Şagird-kompüter nisbətində 2020-ci ildə 36 şagirdə 1 kompüter düşürdüsə, 2026-cı ildə bu say 6 şagirdə 1 kompüter təşkil edəcək.
Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışında dedi.
Nazir qeyd etdi ki, son 3 il ərzində ümumi təhsildə İKT inkişaf edib: “2020-ci ilin sonunadək 220, 2021-ci ilin sonunadək 478, 2022-ci ilin sonunadək 1180, 2023-cü ilin sonunadək 1365 məktəb fiberoptik şəbəkəyə qoşulub”.
Rizvan FİKRƏTOĞLU
XQ


