2026-cı ildə 280 min şagirdin STEAM əsaslı tədrisə cəlbi nəzərdə tutulur

post-img

Hər bir müəllim öz tədris etdiyi fəndən başqa digər fənnə maraq göstərmədiyindən sonda bunun şagirdə təsiri neqativ olur. Bu baxımdan STEAM-ı vacib hesab edirik və 2026-cı ildə 280 min şagirdin STEAM əsaslı tədrisə cəlbi nəzərdə tutulur.

Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışında dedi.

Emin Əmrullayev bildirdi ki, ümumi təhsildə əsaslı məzmunun tətbiqindəki səriştə 90 ilə yaxındır dəyişməyib: “Bunu siniflər və tədris fənləri üzrə dərs saatlarının müqayisəsinə baxdıqda görürük”.

Nazirin sözlərinə görə, siniflər üzrə dərs saatlarının müqayisəsinə gəlincə, bu, 1934-1935-ci illərdə I-IV sinifdə 108, 2023-2024-cü tədris ilində 91, V-IX sinifdə 146/149, X-XI sinif üzrə isə 70/66 olub.

Rizvan FİKRƏTOĞLU
XQ



Təhsil