Emin Əmrullayev: Bəzi yerlərdə şagird üçün 30 min manat xərc çəkilir

post-img

Dövlət Bakıda ən böyük tutumu olan məktəbin bir şagirdi üçün 600 manat, ucqar kənddə təhsil alan şagird üçün 30 min manat xərc çəkir.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışında dedi.

Nazir bu məbləğlərin paylanma baxımından doğru olmadığını bildirdi: “Dövlət vəsaitindən daha səmərəli, nəticəyönümlü xərclənməsi istiqamətində rasionallaşdırma tədbirlərini davam etdirəcəyik”.

Rizvan FİKRƏTOĞLU
XQ

Təhsil