Nazir: 40 min müəllim sertifikatlaşdırmaya cəlb edilib

post-img

Ümumilikdə 32 min müəllimin əməkhaqqına əlavələr edilib. 24 min müəllim əməkhaqqına 10 faiz, 8 min müəllimə isə 35 faiz əlavə alır. Hər 3 müəllimdən biri 2023-cü ildəki sertifikatlaşmadan sonra 1000 manat və daha çox əməkhaqqı alır.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışında dedi.

Nazir diqqətə çatdırdı ki, bu günə qədər 137 min müəllimin 40 mini sertifikatlaşdırmaya cəlb edilib.

Emin Əmrullayev bildirdi ki, həftədə 8 saata yaxın dərs keçən 28 min müəllim 500 manata qədər əməkhaqqı alır. 

Rizvan FİKRƏTOĞLU
XQ





Təhsil