Emin Əmrullayev: İstəyirik ki, hər 5 uşaqdan biri məktəbəqədər təhsilə cəlb olunsun

post-img

Pandemiya müddətində təhsil 200 gündən artıq distant formada keçirildi və 158 mindən çox şagird məktəbə bu formatda başladı. Təhsil pandemiyadan əvvəl yüksələn xətlə inkişaf edirdi, lakin COVID-19 dövründə bu, azalan xətlə davam etdi. 

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan müəllimlərinin XVI Qurultayında çıxışında dedi

Nazir məktəbəqədər təhsilə qoyulan investisiyadan söz açaraq diqqətə çatdırdı ki, digər təhsil pillələrinə nisbətən bu pillədə geri dönüş daha çoxdur: “Bir ildən çox məktəbəqədər təhsilə cəlb olunanlar orta hesabla 10 faiz daha yaxşı nəticə göstərir”.

E.Əmrullayev qeyd etdi ki, bu inkişaf iqtisadiyyatda təxminən 20-30 ildən sonra özünü göstərəcək. “İstəyimiz odur ki, hər 5 uşaqdan biri heç olmasa məktəbəqədər təhsilə cəlb olunsun", - deyə elm və təhsil naziri bildirib.

Rizvan FİKRƏTOĞLU
XQ





Təhsil