Azərbaycandan xaricə yönəldilmiş xarici investisiyaların həcmi açıqlanıb

post-img

Bu ilin 9 ayında Azərbaycandan xaricə yönəldilmiş xarici investisiyaların həcmi 2,7 milyard dollar təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, Azərbaycandan 9 ayda 402 milyon dollarlıq pul köçürmələri olub: “Pul köçürmələrinə görə, ilk beşlikdə Türkiyə (104 milyon dollar), Rusiya (55 milyon dollar), Gürcüstan (43 milyon dollar), ABŞ (41 milyon dollar), Birləşmiş Krallıq (22 milyon dollar) olub”.

İqtisadiyyat